• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Osimhen üçün 120 milyonluq təklif

İDMAN

26 Fevral 2026 | 19:59 | Müəllif: Subhan Mahmudov

Osimhen üçün 120 milyonluq təklif

Qalatasaray” ulduz futbolçusu Viktor Osimheni itirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “sarı-qırmızılılar”ın Çempionlar Liqasından kənarlaşdırdığı “Yuventus” nigeriyalı hücumçu üçün rekord məbləğdə təklif irəli sürməyə hazırlaşır.

A Seriyası təmsilçisinin Osimhen üçün təxminən 120 milyon avroluq təklif hazırladığı bildirilir. Lakin “Qalatasaray”ın ulduz futbolçunu satmağa istəkli olmadığı, yalnız 150 milyon avro səviyyəsində təklif daxil olacağı təqdirdə onun ayrılığına razılıq verə biləcəyi vurğulanır.

Qeyd edək ki, cari mövsüm “sarı-qırmızılılar”ın heyətində 24 oyuna çıxan Osimhen 16 qol vurub və 5 məhsuldar ötürmə edib./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026