• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Millimizin stadiondakı paltardəyişmə otağını su basdı 

İDMAN

27 Mart 2026 | 22:08 | Müəllif: Əli Hüseynov

Millimizin stadiondakı paltardəyişmə otağını su basdı

Bu gün Sumqayıda Mehdi Hüseynzadə adına stadionda Sent Lüsiya yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin paltardəyişmə otağını su basıb. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. 

Videodan da aydın olur ki, səhər saatlarından başlayan intensiv yağışlar stadionun futbolçular üçün ayrılmış paltardəyişmə otağını bərbad hala salıb. Oyunçular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar. 

Qeyd edək ki, matç millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb. 

Həmin görüntüləri təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026