Azərbaycan Premyer Liqasının XXIX turunda “Şamaxı” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə “şirlər”in qollarını Rikardo Apolinario (68-ci dəq.) və Andrey Tirkoveanu (75-ci dəq.) vurublar.
Bu nəticədən sonra Ayxan Abbasovun komandası xallarını 35-ə çatdıraraq turnir cədvəlinin 8-ci, Azər Bağırovun kollektivi isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Palms Sport Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Bakı 




