• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Arsenal" minimal hesabla qələbə qazandı

İDMAN

26 Aprel 2026 | 00:38 | Müəllif: Subhan Mahmudov

"Arsenal" minimal hesabla qələbə qazandı

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, turun ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

“Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib. Gərgin keçən görüşdə “topçular” rəqibini minimal hesabla məğlub edib – 1:0.

Cari mövsümdə istədiyi nəticələri əldə edə bilməyən “Tottenhem” isə səfərdə “Vulverhempton”un qonağı olub. London təmsilçisi azarkeşlərini sevindirə bilib. Matç “spurs”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmalarda “Liverpul” “Kristal Pelas”ı, “Fulhem” “Aston Villa”nı, “Vest Hem” isə “Everton”u məğlub edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026