• Bakı 27° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Moran transfer olur

İDMAN

25 May 2026 | 15:21

Moran transfer olur

İspaniyanın "Real" klubu "Portu"nun (Portuqaliya) hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı transfer etməyə yaxındır.

Bakıvaxtı.az "Transfer News Live"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun maraqlarını təmsil edən agent Jorje Mendeş onu "Kral klubu"na keçməyə sövq edir.

Perspektivli portuqaliyalı oyunçu üçün La Liqanın digər təmsilçisi "Barselona" da iddialıdır. "Portu"nun Mora üçün təxminən 40 milyon avro tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, gənc futbolçu başa çatan mövsümdə "əjdahalar"ın heyətində Portuqaliya çempionu olub. O, bütün turnirlərdə ümumilikdə 44 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026