• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Portuqaliya Özbəkistana böyükhesabla qalib gəldi- YENİLƏNİB

İDMAN

23 Iyun 2026 | 23:04 | Müəllif: Subhan Mahmudov

Portuqaliya Özbəkistana böyükhesabla qalib gəldi- YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.

Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.

Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya - Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

***22:28

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar - 4:0.

60-cı dəqiqədə Özbəkistanın heyətində Abdukodir Xusanov avtoqol müəllifi olub.

***22:10

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalıların hesabdakı üstünlüyü davam edir - 3:0.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

 

***21:56

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ilk hissə bitib.

Bakıvatxı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar fasiləyə üstün yollanıblar - 3:0.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

***21:42

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar üstünlüklərini artırıblar - 3:0.

39-cu dəqiqədə Kriştianu Ronaldo dubl edib.

 

***21:19

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.

17-ci dəqiqədə Nunu Mendeş cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

***21:09

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar hesabı açıblar - 1:0.

6-cı dəqiqədə Kriştiano Ronaldo fərqlənib.

 

***21:00

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, K qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026