• Bakı 24° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

İDMAN

23 Iyun 2026 | 22:50

Qalibə Dünya Kubokunu Tramp təqdim edəcək

2026-cı il futbol üzrə dünya çempionatının qaliblərinə kuboku Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FİFA rəhbəri "Fox News" telekanalının efirində bildirib.

"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.

Qeyd edək ki, Dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-ın Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026