• Bakı 24° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Ronaldo tarix yazdı: 6 DÇ-də qol vuran ilk oyunçu...

İDMAN

23 Iyun 2026 | 21:27

Ronaldo tarix yazdı: 6 DÇ-də qol vuran ilk oyunçu...

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbol tarixində növbəti rekorduna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.

Ronaldo bu nailiyyətə DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən oyunda çatıb.

O, görüşün 6-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bununla da portuqaliyalı ulduz indiyədək Lionel Messi ilə bölüşdüyü rekordu təkbaşına sahiblənib.

Bu qol Ronalduya daha bir tarixi göstərici qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Roje Milladır. Milla 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.

Kriştianu Ronaldu zəngin karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb və iki dəfə UEFA Millətlər Liqasını başı üzərinə qaldırıb. O, həmçinin milli komandalar tarixində ən çox qol vuran futbolçu olmaqla yanaşı, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarında da qol rekordlarının sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Ronaldo karyerası ərzində "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus" (İtaliya) kimi nəhəng klublarda çıxış edib.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnir iyulun 19-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR