Azərbaycan Premyer Liqasında keçirilən “Qarabağ” - “Neftçi” oyununda qalib müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.
Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edib. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.
İkinci hissədə “Qarabağ”ın üstünlüyü davam edib. Leandro Andrade 68-ci dəqiqədə dördüncü, Emmanuel Addai 90+3-cü dəqiqədə beşinci qolu vurub.
“Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.
Bakı 




