Rusiya prezidenti Vladimir Putin sabah İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
“Bəli”, - deyə Peskov Rusiya liderinin Əraqçini qəbul edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Abbas Əraqçinin danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edəcəyini təsdiqləmişdi.
***
20:21
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putinlə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
"Səfər bazar ertəsi baş tutacaq, Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - o deyib.
Qeyd olunub ki, A. Əraqçi Moskvaya səfəri zamanı danışıqların son vəziyyəti, atəşkəs və cari hadisələrlə bağlı Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də ABŞ ilə aparılan danışıqlar barədə məlumat verəcək.
Bakı 



