Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra onun illər əvvəl Qəbələdə çəkilmiş fotoları yenidən gündəm olub.
Bakıvaxtı.az xatırladır ki, Zelenski 2017-ci ilin iyununda Qəbələyə səfər edib. O, həmin vaxt Qəbələdə keçirilən 12-ci "Veselo" Yumor və Musiqi Festivalında "Kvartal-95" yumor qrupunun tərkibində səhnəyə çıxaraq azərbaycanlı tamaşaçıların qarşısında çıxış edib.
Sosial media paylaşımlarında Qəbələnin təbiətinə heyran qaldığını bildirən Zelenski Azərbaycanın gözəllikləri və insanlarının qonaqpərvərliyi barədə yüksək fikirlər səsləndirib.
Bakı 








