• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Azərbaycanda Əməkdar artist vəfat etdi

CƏMİYYƏT

26 Aprel 2026 | 17:31

Azərbaycanda Əməkdar artist vəfat etdi

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.

O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.

Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026