• Bakı 24° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Kolumbiyada PARTLAYIŞ: 14 ölü, 38 yaralı

DÜNYA

26 Aprel 2026 | 22:10

Kolumbiyada PARTLAYIŞ: 14 ölü, 38 yaralı

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəki Panamerika şosesində baş vermiş partlayış nəticəsində qurbanların sayı 20 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

"Hazırkı vəziyyətə görə, rəsmi hesabatda mülki əhali arasında 20 nəfərin - 15 qadın və 5 kişinin həlak olduğu qeyd olunur, onların hamısı yetkinlik yaşına çatmış şəxslər idi. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü hələ də reanimasiyadadır", - deyə o bildirib.

Qusmanın sözlərinə görə, xəsarət almış beş uşağın vəziyyəti stabildir və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Departament rəhbərliyi həlak olanların xatirəsinə üç günlük matəm elan etmək qərarına gəlib. Hökumət şurası hazırda təhlükəsizlik tədbirləri hazırlayır, eləcə də qurbanların qohumlarına humanitar və psixoloji dəstəyin göstərilməsi qaydasını müəyyənləşdirir.

***

08:33

Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.

Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq "çiva" kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən istifadəyə yararsız hala düşüb.

Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv tdib və yolda böyük bir tıxac yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026