Vaşinqtonda baş verən atışmanı törədən şəxsə qarşı ittihamların rəsmi şəkildə irəli sürülməsi üçün o, 27 aprel tarixində federal məhkəmə qarşısına çıxarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri və baş prokuroru vəzifəsini icra edən Todd Blanş CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsə səhər saatlarında iki maddə üzrə ittiham elan ediləcəyi gözlənilir. Blanş əlavə edib ki, istintaq prosesində əlavə ittihamların da irəli sürülməsi mümkündür.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmaya ABŞ Federal Təhqiqat Bürosunun direktoru Keş Patel şəxsən rəhbərlik edir.
“O, bu istintaqa rəhbərlik edir və FTB-nin gördüyü işə tam əminəm”, – deyə Blanş vurğulayıb.
Eyni zamanda bildirilib ki, hücumu törədən şəxs istifadə etdiyi silahları son bir neçə il ərzində qanuni şəkildə əldə edib. Polis məlumatına görə, onun üzərində ov tüfəngi, tapança və bir neçə bıçaq olub.
Bakı 




