• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Starmer və Tramp Hörmüzü müzakirə etdilər

DÜNYA

26 Aprel 2026 | 18:11

Starmer və Tramp Hörmüzü müzakirə etdilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin rəsmi nümayəndəsi məlumat yayıb.

Məlumata görə, liderlər Hörmüz boğazında yük daşımalarının yenidən canlandırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, mövcud tıxanma qlobal iqtisadiyyat üçün ağır nəticələrə yol açır, eyni zamanda həm Böyük Britaniyada, həm də dünya miqyasında yaşayış xərclərinin artmasına birbaşa təsir göstərir.

Bildirilib ki, Kir Starmer gəmiçilik azadlığının bərpa edilməsi istiqamətində Fransa Prezidenti Emmanuel Makronla birlikdə irəli sürdükləri birgə təşəbbüsün gedişatı barədə Donald Trampı məlumatlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026