q
  • Bakı 14° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İsveçrə təyyarəsinin təcili təxliyəsi zamanı altı nəfər xəsarət alıb

DÜNYA

26 Aprel 2026 | 09:54

İsveçrə təyyarəsinin təcili təxliyəsi zamanı altı nəfər xəsarət alıb

Hindistanın Yeni Dehli şəhərindəki İndira Qandi Beynəlxalq Hava Limanında "Swiss Airlines" təyyarəsindən təcili təxliyə zamanı altı sərnişin xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hindistan paytaxtındakı İndira Qandi Beynəlxalq Hava Limanında baş verib.

"Times of India" qəzetinin məlumatına görə, "Airbus A330" təyyarəsində 232 nəfər olub. Uçuş zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb və nəticədə mühərrik alovlanıb.

Ekipaj uçuşu dayandırmaq və uçuş-enmə zolağında sərnişinlərin təcili təxliyəsini həyata keçirmək qərarına gəlib. Aviaşirkət hadisənin səbəbini araşdıracağını bildirib. /Report


SON XƏBƏRLƏR

25 Aprel 2026