q
  • Bakı 13° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Müdafiə naziri öldürüldü - Bu ölkədə

DÜNYA

26 Aprel 2026 | 14:44

Müdafiə naziri öldürüldü - Bu ölkədə

Malinin müdafiə naziri Sadio Kamara radikal islamçıların hücumu zamanı həlak olub.

Bakıvaxtı.az-ın "Le Figaro" nəşrinə istinadən məlumatına görə, hadisə 25 aprel tarixində baş verib. Hücum zamanı nazirin ailə üzvlərindən bəziləri də öldürülüb.

Bundan əvvəl Mali ordusunun yaydığı açıqlamada bildirilmişdi ki, paytaxt Bamako və ölkənin digər yaşayış məntəqələrində milli silahlı qüvvələrlə cihadçılar arasında döyüşlər baş verib. Hücumların JNIM (“Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin”) adlı terror qruplaşması tərəfindən həyata keçirildiyi qeyd olunur. Bu təşkilat Al-Qaida ilə əlaqəlidir.

Məlumata əsasən, JNIM hücumlara görə məsuliyyəti üzərinə götürüb. Bildirilir ki, hücumlar ölkədə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş keçid hökumətinə qarşı yönəlib.


SON XƏBƏRLƏR

25 Aprel 2026