q
  • Bakı 13° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Boksçumuz Dünya kubokunda qızıl medal qazandı

İDMAN

26 Aprel 2026 | 20:03

Boksçumuz Dünya kubokunda qızıl medal qazandı

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda final döyüşlərinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.


SON XƏBƏRLƏR