Dəniz quldurları Fars\Ərəb körfəzindən Somaliyə gedən “Honor 25” tankerini qaçırıblar.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Somali sahillərindən təxminən 50 km aralıda, Berbera və Moqadişu şəhərləri arasında baş verib.
Bu barədə Somali portalı Goobjoog-un dövlət təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən verdiyi məlumata görə, 18.500 ton yanacaq daşıyan tankerin göyərtəsində Hindistan, İndoneziya, Myanma, Pakistan və Şri-Lanka vətəndaşları da daxil olmaqla 17 dənizçidən ibarət heyət olub.
Xatırladaq ki, xeyli müddət idi Somali piratları ABŞ hərbi dənizçilərinin qorxusundan bu cür quldurluq hadisələri törətmirdilər. Görünür, ABŞ-nin başının Fars\Ərəb körfəzində qarışıq olmasından istifadə edən quldurlar artıq açıq fəaliyyət üçün əlverişli şəraitin yarandığını zənn edirlər. /Musavat.com
Bakı 




