• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də universitet yaxınlığında atışma olub, 9 nəfər yaralanıb

DÜNYA

26 Aprel 2026 | 18:17

ABŞ-də universitet yaxınlığında atışma olub, 9 nəfər yaralanıb

ABŞ-nin İndiana ştatının Bluminqton şəhərində yerləşən İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma nəticəsində azı 9 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 26-na keçən gecə yarısı Kirkvud prospektində, tələbələrin məşhur veloyarışı münasibətilə bayram etdiyi vaxt baş verib.

Polis hadisə yerinə gələrək universitetdən bir kvartal aralıda yaralıları aşkarlayıb. Doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Qəzet şahidlərin sözlərinə istinadən bildirir ki, atışmadan əvvəl iki qadın arasında dava baş verib və onlardan biri silahdan istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026