q
  • Bakı 13° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"İranla nüvə materiallarının çıxarılmasını müzakirə edirik"

DÜNYA

26 Aprel 2026 | 20:53

İranla nüvə materiallarının çıxarılmasını müzakirə edirik

"ABŞ İranla danışıqlar zamanı İrandan nüvə yanacağının və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Məsələ burasındadır ki, mənim nüvə tozu adlandırdığım şeyi aradan qaldırmalıyıq, bilirsinizmi? Biz bunu edəcəyik və bu, İranla danışıqlarımızın bir hissəsidir", - deyə o, "Fox News"a verdiyi müsahibədə bildirib.

ABŞ prezidenti qeyd edib ki, o, nüvə tozu deyəndə nüvə yanacağı və digər materiallara istinad edir ki, bu materiallar, 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr zamanı demək olar ki, tamamilə məhv edilib.

Aynur Babazadə


SON XƏBƏRLƏR