• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNİB

DÜNYA

26 Fevral 2026 | 23:55 | Müəllif: Subhan Mahmudov

Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNİB

ABŞ və İran arasında Cenevrədə aparılan danışıqlar başa çatıb, lakin tezliklə yenidən başlayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb.

O bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyişlər olub, lakin detallarını açıqlamayıb. Nazir texniki səviyyəli danışıqların gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin yerləşdiyi Vyanada keçiriləcəyini əlavə edib.

 

***22:25

Cenevrədə İran və ABŞ arasında sanksiyaların ləğvi ilə bağlı danışıqların üçüncü raundu yenidən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, danışıqların üçüncü raunduna Oman vasitəçilik edir.

İran nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026