• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

ABB 100 milyon manatlıq istiqraz buraxır

İQTİSADİYYAT

26 Fevral 2026 | 17:38

ABB 100 milyon manatlıq istiqraz buraxır

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) istiqraz buraxır.

Bakıvaxtı.az bu barədə bankın emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, ABB hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd olmaqla ümumilikdə 100 milyon manat həcmində faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqraz buraxır.

Qeyd edilib ki, bütün buraxılış üzrə illik faiz dərəcəsi, kupon ödəniş tezliyi, tədavül müddəti və digər şərtlər “Yekun Şərtlər”lə müəyyən olunacaq. İstiqrazların emissiyası üzrə anderrayter "ABB İnvest" investisiya şirkətidir.


SON XƏBƏRLƏR