• Bakı 11° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb

İQTİSADİYYAT

28 Mart 2026 | 09:57

Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır.

Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 15,2 % azdır.

Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 247,8 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 11,6 % və 9,3 % azdır.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.


SON XƏBƏRLƏR

27 Mart 2026