• Bakı 24° C

    7.1 m/s

Siqaret istehsalı 26% artdı

İQTİSADİYYAT

27 Mart 2026 | 15:55

Siqaret istehsalı 26% artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 190 milyon təşkil edib.

Bundan əlavə, dövr ərzində 180,6 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 40,1 faiz azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında ölkəyə 321,4 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd tərkibində tütün olan siqaretlər idxal edilib, 8 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində 101 milyon ədəd siqaret isə ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026