Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşünün başladığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Umerov bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfindən bu gün nümayəndə heyətinin tərkibinə deputat David Araxamiya, dövlət xadimi, iqtisadçı və siyasətçi Aleksey Sobolev və Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Darina Marçak daxil olub.
R.Umerov qeyd edib ki, David Araxamiya ilə birlikdə Rusiya tərəfinin iştirakı ilə üçtərəfli danışıqların növbəti raunduna hazırlığı müzakirə edəcək.
Bakı 




