• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Zahid Oruc: “Azərbaycan təkcə öz taleyini deyil, regionun taleyini də dəyişdirir”

SİYASƏT

27 Fevral 2026 | 11:19

Zahid Oruc: “Azərbaycan təkcə öz taleyini deyil, regionun taleyini də dəyişdirir”

Prezident İlham Əliyevin Serbiya səfəri zamanı dünya səhnəsində son 35 ildəki qlobal dəyişikliyi müşahidə etmək imkanı əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, Balkanlarda və Cənubi Qafqazda eyni vaxtda başlayan münaqişələrdən tək qalib çıxan dövlət Azərbaycandır.

Oruc vurğulayıb ki, vaxtilə keçmiş Yuqoslaviyada qanlı savaşlar Cənubi Qafqazın taleyi ilə paralel gedirdi, lakin nəticələr fərqli olub və Azərbaycanın qətiyyətli strategiyası regionda yeni geosiyasi reallıq yaradıb.

Deputat bildirib ki, Azərbaycan tarix boyunca xarici təsirlərə məruz qalıb, 1920-ci illərdə ABŞ Prezidenti Vudro Vilsonun arbitraj qərarı ilə Ermənistan ərazisi genişləndirilmişdi. Lakin hazırda regionda yeni suverenlik qərarları Vaşinqtonda qəbul olunur. Oruc qeyd edib ki, Ermənistanla ticarət əlaqələri yalnız iqtisadi stimul deyil, həm də İrəvanın xarici asılılıqdan azad olması siyasətinə xidmət etməlidir.

Parlamentari əlavə edib ki, regionda inteqrasiya və kommunikasiyaların açılması xarici himayədarlara ehtiyacı aradan qaldıracaq. O bildirib ki, Xocalı faciəsindən gələn mesaj odur ki, Azərbaycan artıq qurban deyil, soyumuz yaşayır və ölkə təkcə öz taleyini deyil, regionun taleyini də dəyişdirir.

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın qətiyyətli qələbəsi yalnız torpaqları bərpa etməyib, həm də Ermənistanın keçmiş xəyalları və aqressiyasının qarşısını alıb. Oruc əlavə edib ki, xalqların barışa hazırlanması vacibdir, yaralar dərin olsa da, sülh müqaviləsindən sonra daha böyük problemlər və imkanlar üzə çıxacaq.

Z.Oruc həmçinin tarixi faktlara toxunaraq bildirib ki, ikinci Dünya müharibəsində Ermənistan diviziyalarında Azərbaycanlılar qəhrəmanlıqla vuruşublar. O qeyd edib ki, Üzeyir bəy Hacıbəyov 1919-cu ildə bütün Qafqaz xalqlarına müraciət edərək mədəniyyət və milli bədiilik baxımından birlik mesajı verib: ayrı-ayrı millətlər birgəyaşayışa mane olmur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Fevral 2026