İstanbul prokurorluğunda tanınmış şəxslərlə bağlı aparılan cinayət işi çərçivəsində daha bir sənətçi saxlanılıb.
Bakıvaxtı.az“Hurriyet”ə istinadən xəbər verir ki, müğənni Edis Görgülü xarici ölkədən Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlanılıb.
O, narkotiklərin emalı və ticarəti, narkotik daşınması, əməliyyat tədbirlərinə çətinlik yaratma, fahişəliyə sövqetmə kimi əməllərdə şübhəli bilinir.
Edis dərhal aidiyyəti şöbəyə təhvil verilib və ekspertizadan keçməsi üçün nümunələr götürülüb.
Bakı 




