Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, ümumtəhsil müəssisələrində may–iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.
May ayında tətil və qeyri-iş günləri:
• 1–5 may – ibtidai siniflər üçün bahar tətili
• 9 may – Faşizm üzərində Qələbə Günü
• 26–27 may – Qurban bayramı
• 28 may – Müstəqillik Günü
Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.
İyun ayında:
• 12 iyun – orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Həmin gün ənənəvi olaraq dərs keçirilmir.
Qeyd edək ki, sadalanan tarixlərdən sonra məktəbliləri bu tədris ili üzrə son rəsmi tətil günləri gözləyir.
Bu da ümumilikdə 10 gün müddəti təşkil edir.
Murad İsmayıl
Bakı 




