• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bərdədə 2 yaşlı uşaq hovuzda boğulub

HADİSƏ

13 Sentyabr 2026 | 23:16 | Müəllif: Gülşən Şərif

Bərdədə 2 yaşlı uşaq hovuzda boğulub

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.

Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.

Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026