• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ səfirliyi həmin məmurlara iPhone17 alır

CƏMİYYƏT

14 Sentyabr 2026 | 10:09 | Müəllif: Əli Hüseynov

ABŞ səfirliyi həmin məmurlara iPhone17 alır

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynanın adı açıqlanmayan qurumunun ehtiyacları üçün təxminən 86 min dollar dəyərində iPhone17 smartfonlarının alınması ilə bağlı müqavilə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin müvafiq hökumət sənədinə istinadən “RİA Novosti” yayıb.

Bildirilib ki, həmin müqavilə sentyabrın 10-da Ukraynanın “C.T. Line LLC” şirkəti ilə bağlanıb. Sənədlərdə alınacaq smartfonların dəqiq sayı qeyd olunmayıb.

Bununla belə, ABŞ-də iPhone17 smartfonlarının minimal qiyməti 899 dollar təşkil edir, buna görə də, müqavilənin qiyməti nəzərə alınmaqla təqribən 95 ədəd belə telefon alınacağı güman edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026