• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bu ölkələrə yalnız şəxsiyyət vəsiqəsi ilə GEDİB-GƏLƏCƏYİK

SİYASƏT

14 Sentyabr 2026 | 14:57 | Müəllif: Əli Hüseynov

Bu ölkələrə yalnız şəxsiyyət vəsiqəsi ilə GEDİB-GƏLƏCƏYİK

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

    Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur: “Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

    O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb:

    “İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR