• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Kapital Bank”ın səhmdar strukturunda dəyişiklik edilib

SİYASƏT

14 Sentyabr 2026 | 10:52 | Müəllif: Əli Hüseynov

“Kapital Bank”ın səhmdar strukturunda dəyişiklik edilib

“Kapital Bank” ASC-nin səhmdar strukturunda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, “PAŞA Holding” MMC-yə məxsus “Kapital Bank” səhmləri holdinqin törəməsi olan “Bir Ekosistem” MMC-yə ötürülüb.

    Məsələ ilə bağlı qərar səhmdarların bir müddət əvvəl keçirilmiş ümumi yığıncağında qəbul edilib. Hesabatda bildirilib ki, dəyişiklik “PAŞA Holding” tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə həyata keçirilib.

    Nəticədə “Bir Ekosistem” MMC hazırda “Kapital Bank”ın 16 milyon 593 min 164 ədəd adi səhminə sahibdir. Bu, Bankın nizamnamə kapitalının 99,8734%-nə bərabərdir.

    Beləliklə, “Kapital Bank”ın birbaşa əsas səhmdarı “PAŞA Holding”dən onun törəmə şirkəti olan “Bir Ekosistem” MMC-yə keçib. Bununla belə, “Bir Ekosistem”in “PAŞA Holding”in törəməsi olması səbəbindən Bank üzərində nəzarət holdinq qrupu daxilində qalır.

    Hesabata əsasən, “Kapital Bank”ın adi səhmləri üzrə ümumilikdə 2 hüquqi şəxs və 191 fiziki şəxs səhmdar, imtiyazlı səhmlər üzrə isə 6 hüquqi şəxs və 71 fiziki şəxs səhmdar mövcuddur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026