• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 

CƏMİYYƏT

14 Sentyabr 2026 | 13:24 | Müəllif: Günəş Mərd

Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

    Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.

    Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.

    Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR