• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Şəfa" - "Sabah" oyunu baş tutacaq

İDMAN

14 Sentyabr 2026 | 09:02 | Müəllif: Əli Hüseynov

"Şəfa" - "Sabah" oyunu baş tutacaq

Misli Premyer Liqasında V tura bu gün yekun vurulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, son olaraq hazırkı ölkə çempionu "Sabah" "Şəfa"nın qonağı olacaq.

"SOCAR Polymer Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 9 xalla dördüncü pillədə qərarlaşıb. "Şəfa" 4 xalla onuncudur.

Misli Premyer Liqası

I dövrə, V tur

14 sentyabr (bazar ertəsi)

19:00. "Şəfa" – "Sabah"

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026