• Bakı 24° C

    5.03 m/s

Onlar diplom və attestatları "myGov"dan aldı

CƏMİYYƏT

14 Sentyabr 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

Onlar diplom və attestatları "myGov"dan aldı

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilərək Bakı ilə yanaşı, daha 5 şəhər və rayonu əhatə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında açıqlayıb.

Nazir bildirib ki, platformaya qoşulan məktəblərin sayı 349-dan 550-yə çatdırılıb.

Onun sözlərinə görə, layihə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeron rayonunu əhatə edir.

“Ötən tədris ilində platformadan istifadə edən direktor, müəllim, şagird və valideynlərin ümumi sayı 900 mindən çox olub. Təhsilverənlər üçün süni intellekt alətlərindən – “Microsoft Copilot”, “Google Gemini” və “NotebookLM”dən istifadə edənlərin sayı isə 44 mindən çoxdur”, – deyə nazir qeyd edib.

Emin Əmrullayev əlavə edib ki, bu il 356 mindən çox məzun attestat və diplomlarını ilk dəfə “myGov” platforması vasitəsilə elektron formada əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026