“Son günlər ağartı məhsullarının, xüsusilə süd, qaymaq, xama, kərə yağı və pendir kimi məhsulların qiyməti bahalaşıb və bunun bir neçə səbəbi var”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, qiymət artımına səbəb olan əsas amillərdən biri süd istehsalının maya dəyərinin yüksəlməsidir. Yem, baytarlıq xidmətləri, enerji, su, nəqliyyat və digər xərclərin artması fermerin istehsal etdiyi südün qiymətinə təsir göstərir:
“Azərbaycanda heyvandarlıqda mal-qaranın sayının azalması və yem bazası ilə bağlı problemlər də südün təklifini məhdudlaşdıraraq qiymətə təzyiq göstərə bilər. Digər tərəfdən, südün fermadan emal müəssisəsinə, oradan isə pərakəndə satış məntəqəsinə qədər keçdiyi mərhələlərdə logistika, emal, qablaşdırma və ticarət marjaları qiymətin üzərinə əlavə olunur”.

Akif Nəsirli: Mağazadakı qiymət artımını yalnız fermerin satış qiymətinin bahalaşması ilə izah etmək düzgün olmaz
Ekspertin qənaətincə, mövsümi amillər də əhəmiyyətlidir. Yayın sonu və payızın əvvəlində yem və otlaq şəraitinin dəyişməsi südverməyə təsir göstərir:
“Ona görə də mağazadakı qiymət artımını yalnız fermerin satış qiymətinin bahalaşması ilə izah etmək düzgün olmaz. Burada həm xammalın maya dəyəri, həm süd istehsalının həcmi, həm emal və logistika xərcləri, həm də pərakəndə ticarətdə formalaşan qiymət birlikdə rol oynayır”.
Aydın Baxış
















