• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

İQTİSADİYYAT

13 Oktyabr 2026 | 13:31 | Müəllif: Gülşən Şərif

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.

Bundan başqa, Agentlik Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"na əlavə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR