• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Köçəryandan XƏBƏR VAR

DÜNYA

14 Sentyabr 2026 | 14:47 | Müəllif: Günəş Mərd

Köçəryandan XƏBƏR VAR

Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçirdiyi son ürək əməliyyatından sonra kardioloqun daimi nəzarəti altındadır.

Bakıvaxtı.az "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Tatevik Soqoyan jurnalistlərə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, Köçəryanın səhhəti normaldır. Lakin keçmiş prezident sağlamlıq vəziyyəti barədə danışmağa üstünlük vermir.

Soqoyan qeyd edib ki, avqustun sonunda həbs edilən Köçəryan təkadamlıq kamerada saxlanılır və digər məhbuslarla ünsiyyət imkanından məhrumdur.

Qeyd edək ki, Robert Köçəryana qanunsuz əmlak əldə etmə ittihamı irəli sürülüb. İstintaqın məlumatına görə, o, prezidentliyi dövründə vəzifəsindən sui-istifadə edərək digər şəxslərlə əlbir olub, bir sıra dövlət və iqtisadi əhəmiyyətli əmlakı bazar dəyərindən aşağı qiymətə əldə edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026