• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İstefa verən baş prokuror Ukraynanı tərk etdi

SİYASƏT

14 Sentyabr 2026 | 12:43 | Müəllif: Əli Hüseynov

İstefa verən baş prokuror Ukraynanı tərk etdi

Ukraynanın istefa verən baş prokuroru Ruslan Kravçenko ölkəni tərk edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb. 

O, xaricdə işgüzar səfərdə olduğunu qeyd edib. Səfər zamanı Kravçenkonun bir sıra görüşləri planlaşdırılıb və bu görüşlər zamanı beynəlxalq tərəfdaşları korrupsiyaya qarşı mübarizə sistemindəki mövcud vəziyyət barədə məlumatlandırmağı planlaşdırır.

Qeyd edək ki, Ruslan Kravçenko sentyabrın 8-də Ukraynanın Baş prokuroru vəzifəsindən istefa verib. Onun istefası Ukraynanın Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğu tərəfindən başladılan genişmiqyaslı istintaq tədbirləri fonunda baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026