• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda vacib görüş keçirilir

SİYASƏT

14 Sentyabr 2026 | 09:19 | Müəllif: Əli Hüseynov

Bakıda vacib görüş keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə 40-a yaxın ölkədən və 18 beynəlxalq təşkilatdan ümumilikdə 200-ə yaxın din xadimi iştirak edir.

Tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Qurani-Kərim tilavət olunub.

Görüşə sədrlik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib.

Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR