Pakistan və Əfqanıstan arasında uzun müddətdir davam edən sərhəd gərginliyi açıq müharibə mərhələsinə keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif rəsmi “X” səhifəsində yaydığı bəyanatda qeyd edib.
Nazir bildirib ki, İslamabadın Kabilə qarşı səbri tükənib və Pakistan hərbi qüvvələri Əfqanıstanın paytaxtı Kabil, eləcə də Qəndəhar və Paktia vilayətlərindəki hədəflərə qarşı genişmiqyaslı hava zərbələri endirib. Pakistan tərəfi bu əməliyyatı “Qəzəb-lil-Haq” (“Haqlı qəzəb”) adlandırıb.
Xatırladaq ki, sözügedən eskalasiyaya səbəb fevralın 26-da Əfqanıstanın sərhəd boyunca Pakistan hərbi mövqelərinə qarşı başlatdığı genişmiqyaslı cavab hücumları olub. “Taliban” administrasiyasının rəsmiləri bir sıra Pakistan hərbi məntəqələrinin ələ keçirildiyini və qarşı tərəfə ağır itkilər verildiyini iddia edir. Öz növbəsində, Pakistan rəsmiləri Əfqanıstanı terror qruplaşmalarına dəstək verməkdə ittiham edərək, hərbi cavabın qaçılmaz olduğunu vurğulayırlar.
Bakı 




