• Bakı C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Çörçillin heykəli təhqir edildi

DÜNYA

27 Fevral 2026 | 20:30

Çörçillin heykəli təhqir edildi

Londonun mərkəzində yerləşən Uinston Çörçillin heykəli vandalizm aktına məruz qalıb.

Bakıvaxtı.az “The Independent” qəzetinə istinadən xəbər verir ki, naməlum şəxs Böyük Britaniyanın keçmiş Baş nazirinin bürünc abidəsini qırmızı boya ilə təhqir edib.

Heykəlin üzərinə “Sionist müharibə cinayətkarı” yazısı və Fələstinin azadlığına çağıran şüarlar yazılıb.

Bildirilib ki, polis hadisə yerində qrafiti çəkən 38 yaşlı kişini yaxalayıblar. Şübhəli şəxs irqi motivli cinayət törətmək ittihamı ilə saxlanılıb. Hazırda abidənin təmizlənməsi üçün ərazi mühafizəyə götürülüb. Hadisəyə münasibət bildirən Britaniya hökuməti vandalizmi “iyrənc və rüsvayçı” adlandırıb. 

Qeyd edək ki, bu, Çörçillin heykəlinə qarşı ilk belə hadisə deyil. Abidə 2020-ci ildə “Black Lives Matter” etirazları zamanı da vandalizmə məruz qalıb, ötən il isə fəallar tərəfindən müxtəlif aksiyaların mərkəzinə çevrilmişdi. 2025-ci ilin yayında isə London hakimiyyəti Çörçillin heykəlinə dırmanmağı qadağan edib. Bu qadağanı pozanları 3 aya qədər həbs və 1000 funt sterlinq cərimə gözləyir.


SON XƏBƏRLƏR