Hindistanın iki tankeri Hörmüz boğazından keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANI agentliyi Hindistanın Neft və Təbii Qaz Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, BW TYR tankeri Mumbay, BR ELM tankeri isə Nyu-Manqalor limanına doğru hərəkət edir. Hər iki gəmi maye qaz daşıyır.
Hazırda Fars körfəzinin qərb hissəsində Hindistan bayrağı altında üzən 18 gəmi və 485 hindistanlı dənizçi qalır.
Bakı 




