q
  • Bakı 11° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident

DÜNYA

28 Aprel 2026 | 19:04

Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident

Ağ Evdən, Tehrandan və ya regiondan verilən hər hansı bir mesaj yalnız neftin qiymətini artırır. Ən yaxşısı budur ki, heç kim heç nə deməsin, ən azından neftin qiyməti artmasın.Və beləliklə, hər dəfə neftin qiymətini sabitləşdirməyə çalışanda qiymət qalxır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“İndi sizə deyirəm ki, artıq nə edəcəyimi bilmirəm, biz artıq aksiz vergisinin 25 faizindən imtina etmişik. Regiondakı səkkiz ölkədən altısında yanacağın qiyməti bizdəkindən bahadır. Mən bilmirəm daha nə edək - ümumiyyətlə dövlətin bütün gəlirlərindən imtina edək? Biz çox mürəkkəb vəziyyətdəyik", - deyə o bildirib.


SON XƏBƏRLƏR