• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Neftin qiyməti 73 dolları keçdi

İQTİSADİYYAT

27 Fevral 2026 | 17:55

Neftin qiyməti 73 dolları keçdi

Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma şərtilə "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 30 iyul 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 73 dolları keçib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı vaxtılə saat 15:04-də "Brent" markalı neftin qiyməti 3,06% artaraq barel üçün 73,01 dollara çatıb.

15:10-da isə "Brent" markalı neftin qiyməti bir barel üçün 73,1 dollara (3,19% artım) çatıb. Bu arada, WTI markalı xam neftin 2026-cı ilin aprel ayı üçün fyuçersləri bir barel üçün 67,37 dollar (3,31% artım) təşkil edib.


SON XƏBƏRLƏR