• Bakı C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Həbsdə olan jurnalistin ailəsində növbəti FACİƏ

CƏMİYYƏT

28 Yanvar 2026 | 19:16

Həbsdə olan jurnalistin ailəsində növbəti FACİƏ

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın anası Zərifə Ağayeva bu gün saat 13 radələrində vəfat edib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, 77 yaşlı Zərifə Ağayeva parkinson xəstəliyindən əziyyət çəkirdi.

Onun nəşinin sabah Lerik rayonunda dəfn olunacağı gözlənilir.

Vəkili Fəxrəddin Mehdiyev Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verib.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR