• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

11 min 934 cinayət işi məhkəmələrə göndərilib

CƏMİYYƏT

28 Yanvar 2026 | 16:13

11 min 934 cinayət işi məhkəmələrə göndərilib

2025-ci il ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11 min 934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.


SON XƏBƏRLƏR