• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

MM əməyin mühafizəsi ilə bağlı yeni sənəd təsdiq edəcək

CƏMİYYƏT

28 Yanvar 2026 | 15:35

MM əməyin mühafizəsi ilə bağlı yeni sənəd təsdiq edəcək

Azərbaycan Respublikasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 187 nömrəli Konvensiyasının təsdiqi üçün qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, layihə əməyin təhlükəsizliyi və gigiyena sahəsində beynəlxalq standartların ölkə qanunvericiliyinə inteqrasiyasını təmin etməyi hədəfləyir.

Məlumata görə, qanun layihəsi qəbul olunduqda Azərbaycanda işçilərin əməyin təhlükəsizliyi və sağlamlığının qorunması ilə bağlı normativ-hüquqi baza güclənəcək və beynəlxalq öhdəliklər tam icra olunacaq.

Qeyd edək ki, bu sənəd normativ hüquqi akt layihəsi hesab olunur və xüsusilə beynəlxalq müqavilələrin ratifikasiyası istiqamətində hazırlanıb. Yəni, BƏT-in konvensiyasını ölkə qanunvericiliyinə daxil etmək üçün Milli Məclisin təsdiqinə təqdim olunan rəsmi layihədir.

Əli Hüseynov


SON XƏBƏRLƏR