• Bakı C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Tiflis Rusiyaya sanksiyalar tətbiq edəcəkmi?

DÜNYA

29 Yanvar 2026 | 01:23

Tiflis Rusiyaya sanksiyalar tətbiq edəcəkmi?

Gürcüstan Rusiyaya qarşı sanksiyalar və Ukraynaya qoşun göndərməklə bağlı mövqeyini dəyişməyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Kiyevin Tiflisə səfir təyin etməsi fonunda deyib.

"Gürcüstan siyasətini dəyişməyib. Dörd il əvvəl ikitərəfli sanksiyalar tətbiq etməyəcəyimizi demişdik və indi də bunu deyirik. Oraya döyüşmək üçün qoşun göndərməyəcəyimizi deyirdik, indi də dövlətin Ukraynaya qoşun göndərmək niyyəti yoxdur", - deyə o bildirib.

Papuaşvili qeyd edib ki, Tiflis Kiyevin səfir təyin etməsini alqışlayır və ümid edir ki, bu addım Ukrayna hakimiyyətinin Gürcüstana qarşı düşmənçilik ritorikasına yenidən baxması deməkdir.


SON XƏBƏRLƏR

28 Yanvar 2026